“Monako” “Lans”ı avtoqolla məğlub etdi - VİDEO

19 Sentyabr 2026 00:53
88
“Monako” “Lans”ı avtoqolla məğlub etdi

Fransa Liqa 1-in beşinci turun açılış oyununda “Monako” doğma meydanda “Lans”ı qəbul edib.

İdman.Biz xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 32-ci dəqiqədə “Monako”nun hücumçusu Paris Brunner açıb. 58-ci dəqiqədə “Lans”ın müdafiəçisi Matye Udol tarazlığı bərpa edib. Matçın taleyini həll edən qol isə 84-cü dəqiqədə qeydə alınıb. Qonaqların müdafiəçisi Conatan Qradi avtoqola imza ataraq yekun hesabı müəyyənləşdirib – 2:1.

Bu qələbədən sonra xallarını 13-ə çatdıran “Monako” turnir cədvəlində birinci pilləyə yüksəlib. Dörd xalı olan “Lans” isə 10-cu sırada qərarlaşıb.

Növbəti turda “Monako” oktyabrın 10-da öz meydanında “Tuluza”nı qəbul edəcək, “Lans” isə bir gün əvvəl evdə “Lion”la qarşılaşacaq.

İdman.Biz