“Elçe” səfərdə 10 nəfərlə “Espanyol”u məğlub edib - VİDEO

19 Sentyabr 2026 01:15
89
“Elçe” səfərdə 10 nəfərlə “Espanyol”u məğlub edib

İspaniya La Liqasının yeddinci turunun açılış matçında "Elçe" səfərdə "Espanyol"u məğlub edib.

İdman.Biz xəbər verir ki, qarşılaşma 1:3 hesabı ilə başa çatıb.

Matçın əvvəlində qonaqlar Federiko Redondonun qırmızı vərəqə alması ilə azlıqda qalıblar. Buna baxmayaraq, 26-cı dəqiqədə Fer Nino Roy Revivonun ötürməsindən sonra "Elçe"ni hesabda irəli çıxarıb, üç dəqiqə sonra isə dubla imza atıb.

72-ci dəqiqədə Viktor Çustun avtoqolu "Espanyol"a fərqi minimuma endirməyə imkan verib. Lakin 78-ci dəqiqədə Herman Valera qonaqların üçüncü qolunu vuraraq qalib sualına demək olar ki, nöqtə qoyub.

"Espanyol" oyunun gedişini dəyişməyə çalışsa da, "Elçe" üstünlüyünü qoruyub və matçı qələbə ilə başa çatdırıb.

Bu nəticə ilə xallarının sayını beşə çatdıran "Elçe" turnir cədvəlində 17-ci pillədədir. "Espanyol" isə yeddi xalla doqquzuncudur.

İdman.Biz