“Atletiko”ya “Barselona” ilə oyun öncəsi ağır zərbə - Romero meydana çıxmayacaq

4 Noyabr 2026 23:51
27
“Atletiko”ya “Barselona” ilə oyun öncəsi ağır zərbə - Romero meydana çıxmayacaq

Madrid “Atletiko”sunun futbolçusu Kristian Romero İspaniya çempionatında “Barselona”ya qarşı keçiriləcək vacib qarşılaşmanı buraxacaq.

İdman.Biz “Marca” nəşrinə istinadən xəbər verir ki, argentinalı futbolçunun əzələ zədəsi ilə bağlı problemləri davam edir. Bu səbəbdən o, bazar günü baş tutacaq görüşdə komandasına kömək edə bilməyəcək.

28 yaşlı müdafiəçi daha əvvəl “Espanyol”la matçda bud əzələsindən zədə alıb. Bir müddət sonra məşqlərə qayıtsa da, tam bərpa oluna bilməyib. Romero “Levante” və “Bavariya” ilə qarşılaşmalarda da iştirak etməyib.

Futbolçu zədəsinə görə Argentina millisinin Uruqvay və Kosta-Rikaya qarşı keçiriləcək növbəti oyunlarını da buraxacaq.

Romeronun yoxluğu baş məşqçi Dieqo Simeoneni müdafiə xəttində dəyişiklik etməyə məcbur edir. Mark Pubil və Robin Le Norman “Barselona” ilə görüşdə David Hankonun yanında oynamaq üçün əsas namizədlərdir.

Qeyd edək ki, Romero ötən yay İngiltərənin “Tottenhem” klubundan “Atletiko”ya keçib.

İdman.Biz