İtaliya A Seriyasının beşinci turun açılış oyununda “Monza” doğma meydanda “Sassuolo”nu məğlub edib.
İdman.Biz xəbər verir ki, görüş 2:1 hesabı ilə başa çatıb.
İlk hissədə komandalar hesabı aça bilməyiblər. Vəziyyət fasilədən sonra dəyişib. 51-ci dəqiqədə Quştavu Varela Samuele Birindellinin ötürməsindən sonra meydan sahiblərini hesabda önə keçirib. 63-cü dəqiqədə isə dublunu rəsmiləşdirib.
Final fitinə az qalmış Vasile Adjic “Sassuolo”nun heyətində fərqi azaldıb. Lakin komandasını məğlubiyyətdən xilas edə bilməyib.
“Monza” üçün bu qələbə cari A Seriyası mövsümündə ilk olub. Komanda 4 xal toplayaraq 14-cü pilləyə yüksəlib. “Sassuolo” isə 7 xalla 9-cu yerdə qərarlaşıb.
