Erlinq Haland Çempionlar Liqasında yeni rekorda imza atıb

Xəbərlər
19 Sentyabr 2025 02:04
30
Erlinq Haland Çempionlar Liqasında yeni rekorda imza atıb

Erlinq Haland Çempionlar Liqasının tarixini yenidən yazmağa davam edir.

İdman.biz-in məlumatına görə, "Mançester Siti"nin hücumçusu Avrokubokların ümumi mərhələsinin ilk turunda "Napoli" ilə qarşılaşmada yarışda 50-ci qolunu vurub.

Norveçli matçın 56-cı dəqiqəsində qol vuraraq, cəmi 49 oyuna rekorda nail olub. O, Çempionlar Liqasında 50 qol vurmuş Ruud van Nistelroyun 62 oyunluq rekordunu yeniləyib.

Haland özünü müasir futbolun aparıcı qolçularından biri kimi təsdiqləyib və Avropadakı məhsuldar çıxışı onu yarış tarixinin ən parlaq oyunçularından birinə çevirir.

İdman.biz