ÇL: "Monako"dan darmadağın, "Qarabağ"ın rəqibi qələbəni son dəqiqələrdə əldən verib - VİDEO

Xəbərlər
18 Sentyabr 2025 22:52
69
ÇL: "Monako"dan darmadağın, "Qarabağ"ın rəqibi qələbəni son dəqiqələrdə əldən verib - VİDEO

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində I turun son oyunları keçirilir.

İdman.biz bildirir ki, günə ilk olaraq Belçika və Danimarkadakı oyunlarla start verilib.

Belçikanın "Brügge" komandası "Monako"nu qəbul edib. Görüşün 32-ci dəqiqəsində Tresoldi qonaqları meydanın mərkəzinə dəvət edib - 1:0. 39-cu dəqiqədə Onyedika hesab arasındakı fərqi qartırıb - 2:0. 43-cü dəqiqədə isə Vanaken birinci hissənin hesabını müəyyən edib - 3:0. İkinci hissədə 74-cü dəqiqədə Diahon 4-cü topu qonaqların qapısından keçirib. Fati 90+1-də buraxılan toplardan birinin əvəzini çıxıb - 4:1. Oyun bu hesabla bitib.

Digər qarşılaşmada Danimarkada "Kopenhagen"lə "Bayer 04" üz-üzə gəliblər. Bu oyunu azərbaycanlı referi Əliyar Ağayev idarə edib. Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli, görüşün dördüncü hakimi isə Elçin Məsiyev olub.

Oyunda hesabı 9-cu dəqiqədə Larsson açıb - 1:0. Birinci hissə bu hesabla bitib. Qrimaldo 82-ci dəqiqədə hesabı bərabərləşdirib. 87-ci dəqiqədə Robert yenidən danimarkalıları irəli çıxarıb. 90+1-də isə Hatzidiakos öz qapısına qol vurub - 2:2. Oyun 2:2 hesabı ilə bitib.

"Kopenhagen" Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"ın rəqiblərindən biridir. Komandalar arasında oyun oktyabrın 1-də Bakıda olacaq.

İdman.biz