36 illik rekorda 3 oyun qalıb

Xəbərlər
3 Dekabr 2023 19:26
165
36 illik rekorda 3 oyun qalıb

PSV Hollandiya çempionatında mövsümün startından ardıcıl 14-cü qələbəsini qazanıb.

İdman.biz xəbər verir ki, Eyndhoven klubu səfərdə “Feyenoord”u məğlub edib.

Son çempionla oyunda PSV Saybari və Boskalinin qolları ilə 2:1 hesabı ilə üstün olub. Bu qələbədən son eyndhovenlilər maksimum nəticə ən yaxın izləyicisini 10 xal qabaqlayırlar.

Qeyd edək ki, PSV-yə öz rekordunu təkrarlamaq üçün növbəti 3 oyunda qələbə qazanmaq tələb olunur. Eyndhoven klubu 1987/88 mövsümündə ardıcıl 17 qarşılaşmada meydandan qalib ayrılıb.

İdman.biz