Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuş Kriştiano Ronaldunun Millətlər Liqasının qarşıdakı oyunlarına dəvət olunması barədə danışıb.
İdman.Biz xəbər verir ki, mütəxəssis “Əl-Nəsr”in 41 yaşlı hücumçusunun statusunun ona milli komandada əsas heyətdə yer almaq üçün heç bir zəmanət vermədiyini vurğulayıb.
“Əsas olan onun oyunudur. Keçmiş nəzərə alınmır. Kriştiano da digər futbolçular kimidir. Əgər yaxşı çıxış etsə, oynayacaq. Əgər yox, oynamayacaq”, – deyə Jezuşun sözlərini jurnalist Fabritsio Romano sitat gətirib.
Baş məşqçi Ronaldunun çoxsaylı fərdi mükafatlarının da qərarlarına təsir etmədiyini bildirib.
“Bəli, onun başqa statusu var, o, beş “Qızıl top” qazanıb. Lakin bu, mənim qərarlarıma təsir edirmi? Xeyr”, – deyə Jezuş əlavə edib.
Qeyd edək ki, sentyabr və oktyabr aylarında Portuqaliya millisi Millətlər Liqasında Uels və Danimarka ilə qarşılaşacaq, həmçinin Norveçlə iki oyun keçirəcək.
