“Liverpul”un və İngiltərə millisinin sabiq futbolçusu Piter Krauç İngiltərə Premyer Liqasının beşinci turunda keçiriləcək “Brentford” – “Çelsi” matçına proqnoz verib.
İdman.Biz xəbər verir ki, o, qarşılaşmada Morgan Rocersin qol vuracağını bildirib.
“Bu mövsüm mən “Çelsi”nin bir neçə matçında olmuşam və hələlik onların hücum xəttindən çox təsirlənmişəm. Hətta komanda müdafiədə inamsız təsir bağışlasa belə. “Brayton”la matçda onlar öndə əla göründülər, lakin eyni zamanda müdafiədə zəif cəhətlər göz qabağında idi. Birinci turda onlar “Fulhem”ə qarşı da yaxşı çıxış etdilər, Liqa Kubokunda isə “Lids”lə inanılmaz oyun keçirərək 6:3 hesabı ilə qalib gəldilər. Onların oyunlarını izləmək həqiqətən də çox maraqlıdır.
Aydındır ki, Koul Palmer və Morgan Rocers bir-birlərini yaxşı tanıyırlar. Ona görə də mən Rocersin keçidindən sonra onların tez bir zamanda uyğunlaşacağını gözləyirdim. Lakin Joao Pedro bu mövsüm sadəcə əla görünür.
Heyf ki, o, görünür, bu oyunu buraxacaq. Mən onun fint və tryuklarını, topa yiyələnmək təmkinini və qollarını hər həftə böyük məmnuniyyətlə izləyirəm. Düşünürəm ki, bu il o, komandanın əsas ulduzu olacaq.
Morgan Rocers də artıq oyuna böyük təsir göstərib. O, əla formadadır və əgər Pedro oynamasa, “Çelsi” qol vura biləcək başqa bir oyunçu tapacaq. “Aston Villa”nın keçmiş futbolçusu Morgan Rocers qol vurmaq üçün əla seçimdir”, – deyə Krauç bildirib.
Qeyd edək ki, “Brentford” – “Çelsi” matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
