İtaliya millisinin baş məşqçi postuna qayıdan Roberto Mançini Millətlər Liqasının qarşıdakı matçları üçün 34 futbolçudan ibarət milli komandanın heyətini açıqlayıb.
İdman.Biz xəbər verir ki, 61 yaşlı mütəxəssis ilk siyahısına doqquz yeni oyunçu daxil edib. Belə ki, 2024-cü ilin oktyabrından bəri milli formanı geyinməyən yarımmüdafiəçilər Nikolo Fadjoli və Nikolo Dzanolonu, eləcə də 2021-ci ilin martından bəri dəvət almayan Rolando Mandraqoranı komandaya qaytarıb.
Qapıçılar: Marko Karnesekki (“Atalanta”), Canluici Donnarumma (“Mançester Siti”), Massimo Pessina (“Bolonya”), Quqlielmo Vikario (“Yuventus”).
Müdafiəçilər: Onest Aanor (“Kristal Pelas”), Alessandro Bastoni (“İnter”), Rikkardo Kalafyori (“Arsenal”), Dieqo Koppola (“Parma”), Covanni Di Lorenso (“Napoli”), Federiko Dimarko (“İnter”), Daniele Qilardi (“Roma”), Maykl Kayode (“Brentford”), Eddi Kuadio (“Montsa”), Canluka Mançini (“Roma”), Corco Skalvini (“Atalanta”).
Yarımmüdafiəçilər: Nikolo Barella (“İnter”), Brayan Kristante (“Roma”), İssa Dumbiya (“Sportinq”), Nikolo Fadjoli (“Fiorentina”), Davide Frattezi (“Latsio”), Rolando Mandraqora (“Torino”), Alessandro Romano (“Kalyari”), Sandro Tonali (“Tottenhem”).
Hücumçular: Nikolo Kamyagi (“Bolonya”), Françesko Pio Espozito (“İnter”), Sebastyano Espozito (“Sassuolo”), Samuele İnasio (“Borussiya” Dortmund), Moyze Kin (“Komo”), Daniel Maldini (“Kalyari”), Cakomo Raspadori (“Atalanta”), Canluka Skamakka (“Atalanta”), Antonio Verqara (“Napoli”), Nikolo Dzanolo (“Udineze”), Mohamed Ali Zoma (“Nürnberq”).
Yaxın iki həftəlik beynəlxalq fasilə müddətində italyanları Belçika (25 sentyabr), Türkiyə (28 sentyabr və 5 oktyabr) və Fransa (2 oktyabr) ilə oyunlar gözləyir.
