İspaniya millisinin baş məşqçisi Luis de la Fuente “Qızıl top”u kimin qazanmalı olduğu barədə fikirlərini bölüşüb.
İdman.Biz AS nəşrinə xəbər verir ki, Fuenteyə “Qızıl top” haqqında sual verilərək ondan Rodri və Lamin Yamal arasında seçim etmək istənilib.
“Onlar ispaniyalılardır və mən onu ispaniyalıya verərdim. Mənə elə gəlir ki, onlar buna layiqdirlər və belə bir etirafı qazanmaq üçün istedadları var”, – deyə Fuente bildirib.
Qeyd edək ki, “Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.
