Mbappe Çempionlar Liqasındakı qol sayına görə Nistelroya çatıb

Xəbərlər
17 Sentyabr 2025 05:46
37
Mbappe Çempionlar Liqasındakı qol sayına görə Nistelroya çatıb

"Real Madrid"in hücumçusu Kilian Mbappe Çempionlar Liqasında ümumi mərhələsinin ilk tur matçında "Marsel"lə oyunda (2:1) iki dəfə fərqlənərək, ümumilikdə bu turnirdə 56 və 57-ci qollarını vurub.

İdman.biz xəbər verir ki, fransalı futbolçu Çempionlar Liqasının ən yaxşı bombardirləri siyahısında “Mançester Yunayted”in və “Real”ın sabiq hücumçusu Rud van Nistelrou (56) qabaqlayıb. Eyni zamanda Mbappe “Bavariya”nın keçmiş hücumçusu Tomas Müllerə də çatıb.

Hazırda bu göstəriciyə görə Mbappe və Müller 142 oyunda 71 qol vuran "Real Madrid"in keçmiş oyunçusu Rauldan dərhal sonra qərarlaşıblar.

Çempionlar Liqası tarixinin ən yaxşı bombardiri “Mançester Yunayted”, “Real Madrid”, “Yuventus”un sabiq hücumçusu Kriştiano Ronaldodur. O, 183 matçda 140 qol vurub.

İdman.biz