Rummenigge: "Top klublar Çempionlar Liqasının yeni formatından dərs çıxarıblar"

Xəbərlər
16 Sentyabr 2025 21:16
35
Rummenigge: "Top klublar Çempionlar Liqasının yeni formatından dərs çıxarıblar"

"Bavariya"nın keçmiş baş direktoru Karl-Haynts Rummenigge deyib ki, "Mançester Siti", "Real Madrid" və "Pari Sen-Jermen" ötən mövsümdən dərs almalı və yeni Çempionlar Liqasına tam konsentrasiya ilə yaxınlaşmalıdırlar.

İdman.biz bildirir ki, onun sözlərinə görə, yenilənmiş turnir formatının debüt ili göstərdi ki, hətta ilkin mərhələdə belə arxayınlaşmaq mümkün deyil.

Rummenigge qeyd edib ki, ötən mövsüm böyük klublar pley-off vasitəsilə 1/8 finala vəsiqə qazanmalı olub və bu, ciddi sınaq olub. O, yeni formatın turniri daha maraqlı etdiyini vurğulayaraq, komandalardan ilk matçlardan ən yaxşı şəkildə çıxış etməyi tələb edib.

"Böyük klublar ilk səkkizliyə düşmək üçün əvvəldən hər şeyi verməli olduqlarını başa düşdülər", - o, DPA agentliyinə müsahibəsində deyib.

Rummenigge "Bavariya"nı Çempionlar Liqasının "Hoffenhaym"ı adlandıran Uli Hönnesin sözlərinə də münasibət bildirib. Münhenlilərin əfsanəsi vurğulayıb ki, belə bir müqayisə düzgün deyil: "Biz heç vaxt geridə qalanlardan olmamışıq. Ola bilsin ki, həmişə favorit deyilik, amma bu da pis deyil".

İdman.biz