Donnarummanın Mançester seçimi

Xəbərlər
12 Avqust 2025 19:31
32
Donnarummanın Mançester seçimi

PSJ-dən ayrılacaq Canluici Donnarumma karyerasını İngiltərədə davam etdirə bilər.

İdman.biz xəbər verir ki, italiyalı qapıçı "Mançester Siti" maraq dairəsinə düşüb.

Paris klubu ilə yeni müqavilə imzalamayan Donnarumma komandanın Avropa Superkuboku heyətinə daxil edilməyib. "Şəhərlilər"in qapıçısı Ederson "Qalatasaray"a keçməsi gözlənilir. Bu səbəbdən də "Mançester Siti" əsas heyətdə oynayacaq qapıçı axtarışına çıxıb.

Qeyd edək ki, Canluicinin PSJ ilə müqaviləsi gələn il yayında bitəcək. O, Mançesterin digər təmsilçisi "Yunayted"in hədəfindədir.

İdman.biz