Fransa ədliyyəsi “Real”ın hücumçusu Kilian Mbappenin keçmiş klubu PSJ-yə qarşı irəli sürdüyü ehtimal olunan mənəvi təzyiq iddiası ilə bağlı işə xitam verib.
İdman.Biz “Mundo Deportivo”ya istinadən xəbər verir ki, qərarın qəbul edilməsinə kifayət qədər sübutun olmaması səbəb olub. Futbolçunun vəkilləri daha əvvəl şikayət ərizəsi ilə müraciət etsələr də, sonradan onu geri götürüblər. İstintaq isə hələ 2026-cı ilin mayında dayandırılıb.
Mbappe Paris klubu ilə yaşadığı münaqişədən sonra şikayət edib. Hücumçu iddia edirdi ki, müqaviləsini yeniləməkdən imtina etdikdən sonra əsas komanda ilə məşqlərdən kənarlaşdırılıb.
Futbolçunun vəkillərinin versiyasına görə, PSJ bu addımla ona təzyiq göstərərək yeni müqavilə imzalamağa razı salmağa çalışıb.
