“Barselona”nın baş məşqçisi Hans-Diter Flik meydana nadir hallarda çıxan futbolçulara daha çox oyun vaxtı verməyə hazırlaşır.
İdman.Biz “Barca Universal”a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis komandanın sıx oyun qrafiki səbəbindən beynəlxalq fasilədən sonra ciddi rotasiya etməyi planlaşdırır.
Xüsusilə Qabriel Jezus, Hamza Abdelkarim və Brayan Farinyasın şans qazanacağı gözlənilir. Oktyabrın 10-da La Liqada “Xetafe” ilə matçda Rafinyanın da istirahət etdirilməsi planlaşdırılır.
“Barselona”nı oktyabr ayında daha dörd çətin qarşılaşma gözləyir. Kataloniya klubu 13 oktyabrda “Qalatasaray”, 17-də “Betis”, 20-də PSJ, 25-də isə “Real Madrid”lə üz-üzə gələcək.
