"Nyukasl" Benyamin Şeşkonun transferi üçün "Leypsiq"ə yeni təklif göndərib.
İdman.biz xəbər verir ki, ingilislər transfer məbləğinin 80+10 milyon avroya yüksəldiblər.
"Nyukasl"ın ilkin 75+5 milyonluq təklifi almanlar tərəfindən rədd edilib. Aleksander İsakı satmağa hazırlaşan "sağsağanlar" Şeşkonun transferi ilə bu boşluğu doldurmaq istəyindədirlər.
Qeyd edək ki, Benyamin "Mançester Yunayted"in də hədəfinə düşüb. Amma "qırmızı şeytanlar"ın "Leypsiq"in tələb etdiyi məbləği ödəmək üçün kifayət qədər büdcəsi yoxdur.
İdman.biz
