Üç İngiltərə klubu “Ayaks”ın istedadlı futbolçusunu izləyir

7 Oktyabr 2026 15:45
113
Üç İngiltərə klubu “Ayaks”ın istedadlı futbolçusunu izləyir

Amsterdam “Ayaks”ında çıxış edən niderlandlı mərkəz müdafiəçisi Aaron Bouman karyerasını İngiltərədə davam etdirə bilər.

İdman.Biz xəbər verir ki, jurnalist Ekrem Konurun sosial şəbəkələrdə yaydığı məlumata görə, üç İngiltərə klubu 19 yaşlı futbolçunun inkişafını izləyir.

Söhbət “Everton”, “Nyukasl” və “Brayton”dan gedir.

Boumanın “Ayaks”la müqaviləsi 2030-cu ilin iyununun sonunadək qüvvədədir. Müdafiəçinin bazar dəyəri 8 milyon avro qiymətləndirilir.
Futbolçu Niderland çempionatının cari mövsümündə 4 oyunda meydana çıxıb və 1 sarı vərəqə alıb.

İdman.Biz
Məqalədə: