AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

7 Oktyabr 2026 16:29
132
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

AFFA-nın Sosial Ətraf mühit dayanıqlılığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.

İdman.Biz UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, o, qadınlar arasında dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində Albaniya və Uels yığmaları arasında keçiriləcək ilk oyunun UEFA nümayəndəsi olacaq.

Görüş oktyabrın 9-da Şkoder şəhərində yerləşən “Loro Boriçi” stadionunda təşkil olunacaq.

İdman.Biz