Azərbaycan Kubokunda mövsümə iki oyunla start veriləcək

7 Oktyabr 2026 09:53
132
Azərbaycan Kubokunda mövsümə iki oyunla start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2026/2027 mövsümünə start veriləcək.

İdman.Biz xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.

“Qaradağ Lökbatan” “Şəki” ilə qarşılaşacaq. “Şəmkir” isə “Ağstafa Gəncləri” ilə üz-üzə gələcək.

Azərbaycan Kuboku
Birinci təsnifat mərhələsi
7 oktyabr
14:30. “Qaradağ Lökbatan” - ”Şəki”

Hakimlər: Pərviz İbrahimov, Elman Kərimov, Vüsal Xəlilzadə, Kamil Aydınov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

14:30. “Şəmkir” - “Ağstafa Gəncləri”
Hakimlər: Alik Yunusov, Aydın Baxşıyev, Tural Bayramov, Hacıağa Həsənov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu

Qeyd edək ki, birinci təsnifat mərhələsinə oktyabrın 9-da yekun vurulacaq.

İdman.Biz