İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel yığmanın tarixində yeni rekorda imza atıb.
İdman.Biz "Opta" statistik portalına istinadən xəbər verir ki, almaniyalı mütəxəssis İngiltərə millisinin başında 20 qələbəyə çatmaq üçün cəmi 26 oyun keçirib. Bu, yığmanın tarixində ən yaxşı göstəricidir.
Oktyabrın 6-da İngiltərə UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunda Çexiyanı 3:0 hesabı ilə məğlub edib. Bu qələbə Tuxelin İngiltərə millisinin baş məşqçisi kimi 20-ci uğuru olub.
Tomas Tuxel 2025-ci ildən İngiltərə milli komandasına rəhbərlik edir.
