Azərbaycanın futbol üzrə milli komandası FIFA-nın dünya reytinqində bir pillə geriləyib.
İdman.Biz xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma 1138,96 xalla 127-ci sırada qərarlaşıb.
Millimiz son dörd qarşılaşmada məğlubiyyət yaşamayıb. Komanda bu oyunların ikisində qələbə qazanıb, ikisində isə heç-heçə edib. Yığma yoldaşlıq görüşündə Tacikistanı 1:0 hesabı ilə məğlub edib. UEFA Millətlər Liqasında isə səfərdə Litva ilə 1:1, Bakıda Lixtenşteynlə 0:0 hesablı heç-heçə edib. Millimiz son olaraq Bakıda Litvanı 1:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, FIFA reytinqində İspaniya 2011,57 xalla liderdir. Argentina 1972,80 xalla ikinci, Fransa isə 1958,86 xalla üçüncü pillədə yer alır.
