"Lion"dan qərar: Avropa Liqasında iştirak edəcək

Xəbərlər
27 İyun 2025 20:32
37
"Lion"dan qərar: Avropa Liqasında iştirak edəcək

Fransa Liqa 2-yə düşürülən "Lion" UEFA Avropa Liqasında iştirak edəcək.

İdman.biz xəbər verir ki, bununla bağlı klubdan rəsmi açıqlama yayılıb.

"Lion" UEFA rəhbərliyinə məktub ünvanlayaraq, turnirdə iştirak etmək arzusunu dilə gətirib. Fransa Futbol Maliyyə Nəzarət Orqanı sansksiyalarından sonra klub Avropa futbol qurumu ilə maliyyə məsələlərinin yoxlanılması ilə bağlı əməkdaşlıq razılaşması əldə edib.

Qeyd edək ki, "Lion" Fransa Liqa 1-də son mövsümü 6-cı pillədə başa vuraraq, Avropa Liqasında çıxış etmək hüququ qazanıb.

İdman.biz