Macarıstanlı futbolçu Dominik Soboslai baş məşqçi Andoni İraolanın rəhbərliyi altında “Liverpul”un yarımmüdafiəsində Aleksis Mak Allisterlə yaxşı anlaşdığını bildirib.
İdman.Biz BBC Sport-a istinadən xəbər verir ki, Soboslay Mak Allisterlə meydandakı əlaqəsi barədə danışıb:
“Makki ilə oynamağı sevirəm. Biz bir-birimizi tanıyırıq. Heç danışmadan belə bir-birimizə baxanda qarşı tərəfin nə etmək istədiyini bilirik”.
Qeyd edək ki, hər iki futbolçu Çempionlar Liqasının birinci turunda “Atletiko Madrid”ə qarşı keçirilən matçda fərqlənərək komandasının 2:1 hesablı qələbəsində pay sahibi olub. Macarıstan millisinin üzvü bu mövsüm “Liverpul”un vitse-kapitanlarından biri təyin olunub.
