“Real Madrid” futbol klubu türkiyəli yarımmüdafiəçi Arda Gülerə yeni müqavilə təklif etməyə hazırlaşır.
İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, təklif olunan uzunmüddətli anlaşma türkiyəli yarımmüdafiəçini 2031-ci ilin iyununa qədər “Santyaqo Bernabeu”da saxlayacaq.
Arda Güler 2023-cü ildə “Real Madrid”ə transfer olunub. Onun hazırkı müqaviləsi 2029-cu ilə qədər qüvvədə olsa da, klub rəhbərliyi futbolçunun maaşını və müqavilə statusunu komandadakı yüksələn mövqeyinə uyğunlaşdırmaq istəyir.
View this post on Instagram
