İtaliyanın “Komo” futbol klubunun baş məşqçisi Sesk Fabreqas komandanın Çempionlar Liqasındakı debüt oyunu barədə danışıb.
İdman.Biz xəbər verir ki, Fabreqas UEFA-nın saytına açıqlama verib.
Fabreqas qarşılaşmanın komanda üçün xüsusi əhəmiyyət daşıdığını, lakin futbolçuların buna adi oyun kimi yanaşmalı olduğunu bildirib:
“Başa düşürəm ki, burada əsas mövzu “Komo”nun tarixində Çempionlar Liqasında ilk oyunudur, lakin futbolçular üçün bu, digər oyunlar kimi eyni matç olmalıdır. Mənim üçün vacibdir ki, hər şeyin necə olmasından asılı olmayaraq, öz oyunumuzu nümayiş etdirək. Futbol mənim üçün məhz bundan ibarətdir – hər matçda komanda öz simasını qoruyub saxlamalıdır.
Bu, istənilən digər oyun kimidir və biz həmişə etdiyimiz kimi qələbə qazanmağa çalışacağıq. Şəhərin və klubun emosiyalarını başa düşürəm, lakin unutmamalıyıq ki, bu, sadəcə bir futbol matçıdır. “Leypsiq” əla komandadır və biz bu görüşü böyüməyə davam etmək imkanı kimi qəbul etməliyik. Biz ən yaxşılar arasında olmaq istəyirik. Görək necə olacaq, amma biz özümüzə inanırıq”.
“Komo” tarixində ilk dəfə Çempionlar Liqasında çıxış edəcək. İtaliya klubu turnirdə ilk matçını bu gün, sentyabrın 10-da “RB Leypsiq”ə qarşı keçirəcək.
