“Sabah”ın U-19 komandası “Mançester Yunayted”lə üz-üzə

10 Sentyabr 2026 11:15
80
“Sabah”ın U-19 komandası “Mançester Yunayted”lə üz-üzə

Bu gün “Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ilk matçını keçirəcək.

İdman.Biz xəbər verir ki, Adino Mustedanaqiçin baş məşqçi olduğu komanda səfərdə “Mançester Yunayted”in qonağı olacaq.

Qarşılaşma İngiltərənin Li şəhərindəki “Li Sports Villic” stadionunda, Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

Görüşü Belçikadan olan FIFA referisi Simon Burdodui idarə edəcək.

Qeyd edək ki, “Sabah”ın U-19 komandası tarixində ilk dəfə iştirak edəcəyi UEFA Gənclər Liqasının əsas mərhələsində həmçinin “Barselona”, Vilyarreal” (hər ikisi İspaniya), “Borussiya” (Dortmund, Almaniya), “Slaviya” (Çexiya) və “Vikinq” (Norveç) komandaları ilə mübarizə aparacaq.

İdman.Biz