“Mənim futbolda ilk iş yerim “Mançester Yunayted” olub və yenidən buraya qayıtdığım üçün çox xoşbəxtdəm”
İdman.Biz xəbər verir ki, bu sözləri Çempionlar Liqasının əsas mərhələsində səfərdə “Mançester Yunayted”lə qarşılaşacaq “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas deyib.
Oyun öncəsi “Old Trafford”da jurnalistin suallarını cavablandıran litvalı mütəxəssis Çempionalar Liqasını futbol üzrə dünya çempionatından daha nüfuzlu turnir hesab etdiyini bildirib.
“Burada dünyanın ən yaxşı futbolçularına qarşı mübarizə aparırsan. Dünya çempionatına isə hər ölkənin yığması yollanmadığından, vəziyyət fərqlidir. “Old Trafford”a meydana çıxmaq, oynamaq möhtəşəm hisdir”.
Valdas Dambrauskas oyunun ssenarisi haqqında danışarkən vurğulayıb ki, oynadıqları rəqibin gücünə bələddirlər və oyun planı ona uyğun quracaqlar.
Valdas Dambrauskas “Sabah”ın aparıcı futbolçusu Stiv Solvetin zədəli olmasını komandanın oyununa nə qədər təsir göstərəcəyini də aydınlıq gətirib.
“Solvetin yoxluğu kədərlidir. Azərbaycan çempionatının son turunda onun zədələnməsi məni çox məyus etdi və düzünü desəm burada olmağımızın zövqünü tam yaşaya bilmirəm. Solvet “Old Trafford”a oynamağa layiq idi. Amma biz onun yoxluğunu hiss etdirməməliyik”, - deyə litvalı mütəxəssis qeyd edib.
Xatırladaq ki, bu gün “Sabah” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu keçirəcək. Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv İngiltərədə “Mançester Yunayted”lə üz-üzə gələcək. “Old Trafford” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
