“Turan Tovuz” “Qarabağ”ın sabiq hücumçusunu transfer edir

10 Sentyabr 2026 11:24
71
“Turan Tovuz” “Qarabağ”ın sabiq hücumçusunu transfer edir

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

İdman.Biz sport1.az-a istinadən xəbər verir ki, Tovuz təmsilçisi “Qarabağ”ın sabiq futbolçusu Yassin Benzya ilə anlaşmaq üzrədir.

32 yaşlı hücumçu yenidən Azərbaycan Premyer Liqasına qayıtmağa müsbət yanaşır.

Tərəflər arasında müqavilənin imzalanması üçün xırda detalların razılaşdırılması qalıb.

Qeyd edək ki, Yassin Benzya 2023-2025-ci illərdə “Qarabağ”da çıxış edib. Əlcəzair millisinin üzvü bu müddət ərzində Ağdam təmsilçisinin heyətində 104 rəsmi matçda meydana çıxıb. O, bu görüşlərdə 28 qol vurub və 25 məhsuldar ötürmə edib.

İdman.Biz