Futbol üzrə MLS-də Lionel Messi ilə Kazemironun tandemi yenidən “İnter Mayami”yə qol qazandırıb.
İdman.Biz xəbər verir ki, Florida təmsilçisi səfərdə “Çikaqo Fayr”la 1:1 hesablı heç-heçə edib.
Meydan sahibləri doqquzuncu dəqiqədə Robert Levandovskinin qolu ilə hesabı açıblar. Polşalı hücumçu sağ cinahdan ötürməni dəqiq zərbə ilə tamamlayıb.
“İnter Mayami” ikinci hissənin əvvəlində cavab verib. Lionel Messi künc zərbəsini dəqiq yerinə yetirib, Kazemiro isə topu başla qapıya göndərərək 48-ci dəqiqədə hesabı bərabərləşdirib.
Bu, braziliyalı yarımmüdafiəçinin ardıcıl üçüncü oyunda vurduğu qol olub. Maraqlıdır ki, Kazemiro əvvəlki turda “Atlanta Yunayted”lə qarşılaşmada da Messinin künc zərbəsindən sonra başla fərqlənib.
Bu gönderiyi Instagram'da gör
