Lukaku: "Onların mentaliteti var"

Xəbərlər
20 Noyabr 2023 10:05
Lukaku: "Onların mentaliteti var"

“Oyunumuzu nəzərə alsaq, komanda üçün əlbəttə ki, xoşbəxtəm. Yaxşı oynadıq”.

İdman.biz xəbər verir ki, bunu AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycanla Belçikanın oyununda 4 qol vuran Romelu Lukaku qazandıqları qələbəni (5:0) şərh edərkən deyib.

Görüşün oğlunun doğum gününə təsadüf etdiyini bildirən hücumçu əlavə edib ki, hər zaman gənc nəslə nümunə olmağı düşünür: "Gənc futbolçulara dəstək verməyə çalışıram. Onların mentaliteti var. Biz belə davam etsək, uzağa gedə bilərik".

Qeyd edək ki, seçmə mərhələdə 20 xal toplayan Belçika yığması F qrupunda 1-ci yeri tutub. 7 xal toplayan Azərbaycan millisi isə 4-cü olub.

İdman.biz