Xorvatiya millisinin baş məşqçisi Slaven Biliç Millətlər Liqasının qrup mərhələsində İngiltərəyə 0:7 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, Xorvatiya millisinin baş məşqçisi İngiltərəyə qarşı darmadağından sonra emosional danışıb
"Belə oyunu unutmaq olmaz və unutmaq da yaxşı deyil. Çünki mən bu matçı unutsam, deməli, məndə nəsə qaydasında deyil. Bu oyunu əbədi xatırlamaq lazımdır”, – deyə Biliç ITV-yə açıqlamasında bildirib.
Bu nəticə Xorvatiya millisinin tarixində ən böyük məğlubiyyət olub. Komandanın əvvəlki antirekordu 2018-ci ildə Millətlər Liqasında İspaniyaya 0:6 hesabı ilə uduzduğu matçda qeydə alınıb.
