Yamal yenə erkən qol vurdu: bu dəfə də 6 dəqiqəyə çatmadı

4 Oktyabr 2026 07:11
95
Yamal yenə erkən qol vurdu: bu dəfə də 6 dəqiqəyə çatmadı

İspaniya millisinin hücumçusu Lamin Yamal Millətlər Liqasında Çexiya ilə ev oyununda artıq altıncı dəqiqədə hesabı açıb.

İdman.Biz xəbər verir ki, 19 yaşlı futbolçu İspaniya millisinin heyətində ardıcıl üçüncü matçda ilk altı dəqiqə ərzində qol vurub. Yamal sentyabrın 26-da həm İngiltərə ilə və sentyabrın 29-da həm də Xorvatiyaya qarşı oyunda isə ikinci dəqiqədə fərqlənmişdi.

Yamal 2017-ci ilin dekabrından 2018-ci ilin martına qədər Qırğızıstan millisində bu göstəriciyə nail olmuş Anton Zemlyanuxindən sonra milli komandada ardıcıl üç oyunda ilk altı dəqiqə ərzində qol vuran ilk futbolçudur. Zemlyanuxin həmin dövrdə Bruneyə qarşı birinci, Myanmaya qarşı beşinci, Hindistana qarşı isə ikinci dəqiqədə qol vurub.

İdman.Biz