Argentina millisi Burkina-Fasoya rəhm etmədi - VİDEO

4 Oktyabr 2026 09:42
94
Argentina millisi Burkina-Fasoya rəhm etmədi - VİDEO

Argentina futbol millisi yoldaşlıq oyununda Burkina-Fasonu böyük hesabla məğlub edib.

İdman.Biz xəbər verir ki, Buenos-Ayresdəki “Monumental” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Argentina millisi artıq 36-cı dəqiqəyədək beş qol vurub. Hesabı dördüncü dəqiqədə Lautaro Martines açıb. Daha sonra Burkina-Faso millisinin müdafiəçisi Mumuni Diallo avtoqola imza atıb. İlk hissədə Canluka Prestianni, Niko Pas və Xulian Alvares də fərqləniblər.

İkinci hissədə Franko Mastantuono və Culiano Simeone hesabı daha da böyüdüblər. Simeone komandasının yeddinci qolunu əsas vaxta əlavə olunmuş üçüncü dəqiqədə vurub.

Lautaro Martines görüşü bir qol və iki məhsuldar ötürmə ilə başa vurub. Prestianni isə bir qol və bir assistlə yadda qalıb.

Qeyd edək ki, Argentina millisi növbəti yoldaşlıq oyununu 7 oktyabrda Beninə qarşı keçirəcək.

İdman.Biz