Finlandiya millisinin baş məşqçisindən uğursuz Ronaldu zarafatı

4 Oktyabr 2026 06:31
95
Finlandiya millisinin baş məşqçisindən uğursuz Ronaldu zarafatı

Finlandiya millisinin baş məşqçisi Yakob Friis Albaniya ilə oyundan əvvəl keçirilən mətbuat konfransında Kriştianu Ronaldonun Portuqaliya millisinin düşərgəsini tərk etməsi ilə bağlı zarafat edib.

İdman.Biz xəbər verir ki, futbolçularının sağlamlıq durumu ilə bağlı suala cavab verən mütəxəssis gülümsəyərək deyib: “Dünən heç kimimiz şəxsi təyyarə ilə uçmayıb, ona görə də hamı hazırdır...”

Lakin zarafat zalda gözlənilən reaksiyanı doğurmayıb və bir neçə saniyəlik sükut yaranıb. Friis bundan sonra ciddiləşərək heyətdə demək olar ki, bütün futbolçuların hazır olduğunu bildirib.

Mətbuat konfransının sonunda baş məşqçi yenidən həmin epizoda qayıdıb və jurnalistlərin reaksiyasızlığını zarafatla dilə gətirib: “Əvvəl zarafatı başa düşmədiniz? Başa düşdünüz? Nə qədər də əsl fin reaksiyasıdır. Tamamilə heç nə baş vermir, sən də düşünürsən: “Lənət olsun, indi tam bir axmaq kimi görünürəm””.

Bu sözlərdən sonra zalda gülüş səsləri eşidilib.

İdman.Biz