CNN kanalı Portuqaliya millisində Kriştianu Ronaldu ilə baş məşqçi Jorje Jezuş arasında yaşanan münaqişə ilə bağlı ölkə sakinləri arasında sorğu keçirib.
İdman.Biz xəbər verir ki, respondentlərin 42 faizi münaqişədə Jezuşun tərəfini tutub. İştirakçıların yalnız 14 faizi Ronaldunun mövqeyini dəstəkləyib.
20 faiz hər iki tərəfin müəyyən məsələlərdə haqlı olduğunu bildirib, 10 faiz isə münaqişədə həm Ronaldunu, həm də Jezuşu günahkar sayıb. Respondentlərin 13 faizi isə məsələ barədə fikir bildirmək üçün kifayət qədər məlumatlarının olmadığını qeyd edib.
Portuqaliya millisi Millətlər Liqasında növbəti oyununu bu gün Norveçə qarşı keçirəcək.
