İspaniya tarix yazır: məğlubiyyətsiz seriya 41 oyuna çatdı

4 Oktyabr 2026 09:08
84
İspaniya tarix yazır: məğlubiyyətsiz seriya 41 oyuna çatdı

İspaniya millisi UEFA Millətlər Liqasının üçüncü turunda Çexiyanı 3:1 hesabı ilə məğlub etməklə tarixi məğlubiyyətsiz seriyasını davam etdirib.

İdman.Biz xəbər verir ki, bu nəticədən sonra İspaniyanın uduzmadan keçirdiyi oyunların sayı 41-ə çatıb. Bu, milli komandalar tarixində ən uzun məğlubiyyətsiz seriyadır.

İspaniyanın rekord göstəricisinə 32 qələbə və 9 heç-heçə daxildir. Bu müddətdə komanda Avro-2024 və 2026-cı il dünya çempionatında qızıl medallara sahib çıxıb.

İspaniya millisinin son məğlubiyyəti 22 mart 2024-cü ildə qeydə alınıb. Həmin vaxt yoldaşlıq görüşündə Kolumbiya seçməsi ispanları 1:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, İspaniya Millətlər Liqasının növbəti turunda oktyabrın 6-da səfərdə Xorvatiya ilə qarşılaşacaq.

İdman.Biz