Niderlandlı yarımmüdafiəçi "Napoli"yə keçir

Xəbərlər
24 İyun 2025 20:02
37
Niderlandlı yarımmüdafiəçi "Napoli"yə keçir

Niderandlı yarımmüdafiəçi Noa Lanq karyerasını karyerasını İtaliyada davam etdirəcək.

İdman.biz xəbər verir ki, PSV-də çıxış edən futbolçu "Napoli" ilə müqavilə bağlayacaq.

Bu keçid üçün Neapol klubu 25 milyon avro ödəyəcək. Lanqla 5 illik müqavilə imzalanacaq. Onun illik maaşı 2,5 milyon avro olacaq.

Qeyd edək ki, Noa 2023-cü ildən PSV-də oynayır. 26 yaşlı futbolçu son mövsümdə Niderland çempionatında 29 matçda, 11 qol və 10 ötürmə ilə yadda qalıb.

İdman.biz