Millimizin növbəti rəqibinə iki qol kifayət edib

15 Noyabr 2023 22:55
427
Millimizin növbəti rəqibinə iki qol kifayət edib

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının AVRO-2025-in seçmə mərhələsində yer aldığı qrupda daha bir oyun keçirilib.

İdman.biz xəbər verir ki, Niderland yığması meydan sahibi Lüksemburqla qarşılaşıb.

Qrupun favoriti “narıncılar” 2:0 hesabı ilə qələbə qazanıblar. Niderlandlılar hər iki iki qolu birinci hissədə vurublar. Bu qələbə ilk oyunlardan sonra Niderland komandasını liderliyə yüksəldib.

Qeyd edək ki, millimiz Bosniya və Herseqovina yığması ilə heç-heçə oynayıb (0:0). Yığmamız növbəti oyunda Niderlandla qüvvəsini sınayacaq.