Toral Bayramovun oynadığı matçda “Bursaspor” qələbəni əldən verdi

13 Sentyabr 2026 23:13
105
Toral Bayramovun oynadığı matçda “Bursaspor” qələbəni əldən verdi

Türkiyə Birinci Liqasının yeddinci turunda “Bursaspor” doğma meydanda “Esenler Erokspor”u qəbul edib.

İdman.Biz xəbər verir ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

“Bursaspor” 16-cı dəqiqədə Keleçi İheanançonun qolu ilə hesabı açıb. Cəmi iki dəqiqə sonra Mikail Okyar tarazlığı bərpa edib. 20-ci dəqiqədə isə Linkoln Enrike meydan sahiblərini yenidən önə keçirib.

İkinci hissənin əvvəlində “Esenler Erokspor” hesabı yenidən bərabərləşdirib. 50-ci dəqiqədə Yusuf Erdoğan fərqlənərək yekun hesabı müəyyənləşdirib - 2:2.

Azərbaycan millisinin futbolçusu Toral Bayramov qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb və 63-cü dəqiqədə Barış Gökün əvəzinə meydana daxil olub.

Qeyd edək ki, Keleçi İheanançonun daha iki qolu ofsayd səbəbindən qeydə alınmayıb.

“Bursaspor” hazırda yeddi turdan sonra 16 xalla turnir cədvəlinə başçılıq edir.

İdman.Biz