Nəriman Axundzadənin komandası “Beşiktaş” qarşısında darmadağın oldu - VİDEO

11 Sentyabr 2026 22:57
85
Nəriman Axundzadənin komandası “Beşiktaş” qarşısında darmadağın oldu

Türkiyə Superliqasının beşinci turunda “Beşiktaş” Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin formasını geyindiyi “Erzurumspor”u qəbul edib.

İdman.Biz xəbər verir ki, görüş İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ehtiyat oyunçular skamyasında yer alan Nəriman Axundzadə qarşılaşmada meydana çıxmayıb.

“Beşiktaş” 21-ci dəqiqədə Emirhan Topçunun qolu ilə hesabı açıb. 6 dəqiqə sonra Leonardo Trossard fərqi iki topa çatdırıb. İstanbul klubunun üçüncü qolu isə 88-ci dəqiqədə vurulub. İlhan Fakilli komandasının qələbəsində son nöqtəni qoyub.

Bu qələbə ilə xallarının sayını 12-yə çatdıran “Beşiktaş” turnir cədvəlində liderdir. “Erzurumspor” isə 4 xalla 15-ci pillədə qərarlaşıb.

İdman.Biz