Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Rakuv” klubu Polşa Ekstraklasasının yeddinci turunda “Motor Lublin”lə qarşılaşıb.
İdman.Biz xəbər verir ki, Mahir Emrelinin komandası rəqibini 2:1 hesabı ilə məğlub edib. Bu “Rakuv”un mövsümdə ilk qələbəsi olub.
Qarşılaşmaya start heyətində başlayan Mahir Emreli 87-ci dəqiqədə əvəzlənib.
Mahir Emrelinin oyununu stadiondan Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov və komandanın idman direktoru İlqar Qurbanov da izləyib. Onlar futbolçunun oyununu izləmək üçün Polşaya gediblər.

“Rakuv” yeddi turdan sonra 3 xalla turnir cədvəlində sonuncudur.
