Almaniyanın “Bavariya” klubu növbəti transferini reallaşdırıb.
İdman.biz xəbər verir ki, Münhen təmsilçisi Avstraliya liqasında mübarizə aparan “Adelaide Yunayted”in 17 yaşlı futbolçusu Nestor İrakundanın keçidini reallaşdırıb.
Futbolçu 2024-cü ildə 18 yaşı tamam olduqdan sonra komandaya qoşulacaq.
Akademiyanın direktoru Joçen Sauer tarnsferlə bağlı deyib ki, Nestor uzun müddətdir ki, diqqətdə olan oyunçudur və bu razılaşmadan məmnundurlar: “İrankunda çox yaxşı driblinqə malik olan sürətli cinah oyunçusudur".
Qeyd edək ki, hücumçu bu mövsüm “Adelaide Yunayted”in heyətində 4 oyunda 1 qolla yadda qalıb. O, Avstraliyanın U-17 millisində 17 matça çıxıb. Nestor bu matçlarda 11 qol vurub.
İdman.biz