Bundesliqada pley-offun ilk oyununda 4 qol - VİDEO

Xəbərlər
23 May 2025 00:42
44
Bundesliqada pley-offun ilk oyununda 4 qol - VİDEO

Almaniya Bundesliqasında pley-off mərhələsinin ilk oyunu keçirilib.

İdman.biz xəbər verir ki, 1-ci Bundesliqada 16-cı yeri tutan "Haydenhaym" 2-ci Bundesliqada 3-cü olan "Elvesberq"lə qarşılaşıb.

Tərəflər arasında ilk görüşdə qalib müəyyənləşməyib. "Haydenhaym" öz meydanında fasiləyə kimi öz qapısında 2 top buraxıb. İki hissədə özünə gələn yuxarı liqa təmsilçisi bərabərliyi xilas edib.

Komandalar arasında cavab matçına mayın 26-da "Elvesberq" evsahibliyi edəcək.

Almaniya Bundesliqası
Pley-off, ilk oyun
22 may

22.30. "Haydenhaym" - "Elvesberq" - 2:2

İdman.biz