Viktor Osimhen “Əl Hilal”ın fantastik təklifindən danışıb

Xəbərlər
13 Noyabr 2023 20:29
304
Viktor Osimhen “Əl Hilal”ın fantastik təklifindən danışıb

“Çox çılğın təklif idi. Mən nə qədər “yox” desəm də, onlar maliyyə təkliflərini dəfələrlə artırdılar”.

İdman.biz xəbər verir ki, bunu “Napoli”nin futbolçusu Viktor Osimhen deyib.

Nigeriyalı forvard yayda Səudiyyə Ərəbistanının Əl Hilal” klubunun rəsmi təklifindən danışıb. Hücumçu bildirib ki, onların dediyi məbləğ astronomik olub: ”Sözün əsl mənasında dodaq uçurdan təklif idi. Bu, mənim həyatımı dəyişdirəcəkdi. Sona qədər təslim olmadılar. Amma yox dedim və “Napoli”ni seçdim”.

Qeyd edək ki, Viktor Osimhen İtaliya klubuna 2020-ci ildə “Lill”dən gəlib. O, bu mövsüm “Napoli” forması ilə 10 oyunda 6 qol və 1 ötürmə ilə yadda qalıb.

İdman.biz