İvan Rakitiçdən vida qərarı

Xəbərlər
19 May 2025 19:24
40
İvan Rakitiçdən vida qərarı

Xorvatiyalı yarımmüdafiəçi İvan Rakitiç karyerasını bitirmək qərarını verib.

İdman.biz xəbər verir ii, "Hayduk"da çıxış edən futbolçu "Riyeka" (2:1) ilə görüşdə zədələnib.

37 yaşlı oyuçu son dəqiqələrdə göz yaşları içində meydanı tərk edib. Xorvatiya çempionatının son turunda "Şibenik"lə görüş Rakitiç üçün karyerasında sonuncu olacaq.

Qeyd edək ki, İvan karyerası ərzində "Barselona", "Sevilya", "Şalke, "Bazel" və "Əl-Şabab" kimi klubların formasını geyinib. O, Xorvatiya yığmasında 106 matçda 15 dəfə fərqlənib.

İdman.biz