Narkotiklə tutulan sabiq futbolçunun apelyasiya şikayəti təmin edilməyib

Xəbərlər
13 Noyabr 2023 17:02
302
Narkotiklə tutulan sabiq futbolçunun apelyasiya şikayəti təmin edilməyib

Noyabrın əvvəlində külli miqdarda narkotik vasitə ilə saxlanılan Rusiya millisinin sabiq futbolçusu Aleksey Buqayev dekabrın sonunadək həbsdə qalacaq.

İdman.biz Rusiya KİV-ə istinadən xəbər verir ki, futbolçunun vəkilləri həbs-qətimkan tədbirinin ev şəraitində saxlanma ilə əvəzlənməsinə çalışsalar da, buna nail ola bilməyiblər.

Krasnodar Rayon Məhkəməsi 42 yaşlı Buqayevlə bağlı apelyasiya şikayətini təmin etməyib və onu həbsdə saxlayıb.

Qeyd edək ki, veteran futbolçu narkotik satmaqda ittiham olunur.

İdman.biz