İngiltərə kubokunda 2024/2025 mövsümünün final matçı keçirilib.
İdman.biz xəbər verir ki, həlledici qarşılaşmada "Kristal Pelas"la "Mançester Siti" qarşılaşıb.
Mövsümüm uğursuz keçirən Pep Qavrdiolanın komandası son turnirdə də kubok qazanmaq şansını əldən verib. Oyun London təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ezenin 16-cı dəqiqədə vurduğu qol yeganə olub.
"Kristal Pelas" tarixində ilk dəfə İngiltərə kubokunu qazanıb. Komanda 3-cü cəhdində buna uğura imza atıb. Bu, həm klubun tarixində ilk böyük nailiyyəti olub. Qələbə londonlulara Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ verib.
"Mançester Siti" isə ardıcıl ikinci mövsümdə turnirin finalında məğlub olub. "Şəhərlilər" 2024-cü ildə "Mançester Yunayted"ə uduzmuşdular. Onların hesabında 7 kubok var.
İngiltərə kuboku
Final
"Kristal Pelas" - "Mançester Siti" - 1:0
Qol: Eze, 16
İdman.biz