İspaniyanın “Real Madrid” futbol komandasının baş məşqçisi Joze Mourinyo 13 ildən sonra “Sevilya” üzərində qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, Madrid təmsilçisi La Liqanın doqquzuncu turunda doğma meydanda rəqibini 4:1 hesabı ilə məğlub edib.
Bu nəticə portuqaliyalı mütəxəssisin 2013-cü ildən bəri “Sevilya” üzərində ilk qələbəsi olub.
Mourinyunun komandası sonuncu dəfə həmin rəqibi onun “Real Madrid”dəki ilk məşqçilik dövründə məğlub edib. 2013-cü ilin fevralında keçirilən qarşılaşmada da Madrid klubu doğma meydanda 4:1 hesabı ilə qalib gəlib.
Həmin görüşdə Kərim Benzema bir qol vurub, Kriştianu Ronaldu isə het-trik edib.
Bundan sonra Mourinyunun rəhbərlik etdiyi komandalar “Sevilya” ilə üç dəfə qarşılaşıblar.
2018-ci ildə portuqaliyalı mütəxəssisin çalışdırdığı İngiltərənin “Mançester Yunayted” futbol komandası UEFA Çempionlar Liqasının 1/8 finalında İspaniya təmsilçisinə uduzub. İlk görüş 0:0 hesabı ilə başa çatıb, cavab matçında isə “Sevilya” 2:1 hesabı ilə qalib gəlib.
2023-cü ildə Mourinyu İtaliyanın “Roma” futbol komandasını UEFA Avropa Liqasının finalına çıxarıb. Həlledici qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşıb, penaltilər seriyasında isə “Sevilya” 4:1 hesabı ilə üstün olub.
Beləliklə, Mourinyu 13 illik fasilədən sonra “Sevilya”ya qarşı qələbə həsrətinə son qoyub.
