Zamiq Əliyevin komandası Albaniya çempionatında qalib gəldi

19 Oktyabr 2026 01:59
121
Zamiq Əliyevin komandası Albaniya çempionatında qalib gəldi

Azərbaycan futbol millisinin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” komandası Albaniya çempionatının yeddinci turunda qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, komanda doğma meydanda “Vlajniya”nı 3:1 hesabı ilə məğlub edib.

Meydan sahiblərinin heyətində Alessandro Albanese doqquzuncu, Daniel Adyessa 41-ci, İldi Qruda isə 86-cı dəqiqədə fərqləniblər.

Qonaqların yeganə qolunu 59-cu dəqiqədə Daniel Peres vurub.

Zamiq Əliyev qarşılaşmanın iştirak ərizəsinə daxil edilsə də, ehtiyat oyunçular skamyasında qalıb və meydana çıxmayıb.

Bu qələbədən sonra xallarının sayını 18-ə çatdıran “Eqnatiya” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

İdman.Biz